Bunu ölkənin baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, demokratiya Ermənistan üçün strateji seçimdir və bu, Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir.
Onun sözlərinə görə, son dövrlərdə Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb: “Söhbət xüsusilə Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir”. (Report)