11.03.2025, 10:21
AZ EN
19.12.2024, 17:46 156

Ədliyyə naziri həbsxanadan qorxur

XƏBƏRLƏR
  • Bu yaxınlarda ədliyyə naziri təyin edilmiş Srpuhi Qulyan "Hraparak"ın müxbirinin "hansısa məhkəmədə, yaxud həbsxanada olub real vəziyyətlə tanış olmusunuzmu" sualına cavab verməkdən öncə yayınmağa çalışıb. 

Lakin jurnalistin təkidindən sonra deyib ki, məhkəmə binasına istədiyi vaxt gedə bilər və gedir də. Amma heç vaxt hansısa həbsxanaya getmək fikri olmayıb və olmayacaq da. Sonda deyib ki, hətta həbsxananı uzaqdan görəndə qorxur.

Nazirin bu sözləri jurnalistlərə arasında gülüşə səbəb olub və onlardan biri replika ilə deyib ki, həbsxanadakılar olmasa, pulunuz da olmaz.

Nəsib

Oxşar xəbərlər