16.09.2024, 23:17
AZ EN
11.01.2024, 17:01 222

Ermənistanda həbsxananın rəhbər şəxslərindən biri korrupsiya işi çərçivəsində saxlanılıb

XƏBƏRLƏR
  • Ermənistanın Armavir vilayətində yerləşən cəzaçəkmə müəssisəsinin əməkdaşı korrupsiya işi çərçivəsində saxlanılıb.

Bu barədə "Sputnik-Armenia"ya Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl yerli KİV-lər cəzaçəkmə müəssisəsinin tibb xidmətinin rəhbəri Gevorq Qejoyanın saxlanıldığı barədə məlumat yayıb. Məlumata görə, bu, məhbusların narazılığına səbəb olub və həbsxanada iğtişaş baş verib.

Cəzaçəkmə müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, heç bir iğtişaş olmayıb və müəssisə adi rejimdə işləyir. (Report)

Oxşar xəbərlər