02.08.2025, 02:10
AZ EN
15.11.2023, 16:07 381

Ermənistanın sabiq müdafiə naziri: Silahları 1500 reyslə gətirdik, Bakı hamısını aldı

XƏBƏRLƏR
  • Rusiyadan, həm də digər ölkələrdən silah almaq üçün ən azı 1500 uçuş həyata keçirdik.

Bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan bildirib.

O qeyd edib ki, silah almaq üçün 1500 uçuşu nazir olduğu müddət ərzində həyata keçirib.

"Onların arasında 3 ədəd S-300 sistemi var idi, sonra onların sayı 6 oldu. “İsgəndər”, “Toçka U”, “Smerç” sistemləri, təxminən 160 ədəd tank aldıq. Silahlarımızın böyük bir hissəsini qənimət olaraq Azərbaycan tərəfinə verdilər", - deyə o əlavə edib.

Ohanyan "Azərbaycan tərəfinə verildi" deyərkən, 20 sentyabr 2023-cü ildən sonra təhvil verilən silahları nəzərdə tutub-tutmadığını isə bu cür cavablandırıb: "Xeyr, bütün müharibə boyu". (Trend)

Oxşar xəbərlər