Bu barədə onun vəkili Ara Zoqrabyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, məhkəmə müvafiq qərarı bu gün qəbul edib.
Qeyd edək ki, o, keçən ilin oktyabrın 16-da həbs edilmişdi, yanvarın 26-da isə məhkəmə onun həbsini bir ay müddətinə uzatmışdı. Lakin indi qətimkan tədbiri dəyişdirilib. Bu isə bir sıra məhdudiyyətlər, o cümlədən ibadətlərdə iştirak edə bilməməsini nəzərdə tutur.
İstintaq onu yığıncaq və mitinqlərdə iştiraka məcbur etməkdə ittiham edib. (Report)