21.11.2024, 23:00
AZ EN
28.02.2024, 17:51 211

Zaxarova: Paşinyanın Rusiyanın Ermənistanda dövlət çevrilişinə çağırışları ilə bağlı dedikləri əsassızdır

XƏBƏRLƏR
  • Rusiyanın Ermənistanda dövlət çevrilişinə çağırışları ilə bağlı Baş nazir Nikol Paşinyanın dediklərinin heç bir əsası yoxdur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib.
XİN rəsmisi vurğulayıb ki, Rusiya rəsmiləri heç vaxt və heç yerdə qanuni yolla seçilmiş hakimiyyətin devrilməsi ilə bağlı zərrə qədər çağırışlarda iştirak etməyiblər.

“Rusiya tərəfi rəsmi İrəvanın həm hazırkı rəhbərliyinə, həmçinin bundan əvvəlki hakimiyyətlərinə, ümumiyyətlə, istənilən suveren dövlətə münasibətdə oxşar yanaşmanı bəyan edir”, - Mariya Zaxarova vurğulayıb. (APA)

Oxşar xəbərlər