14.04.2026, 17:08
AZ EN
14.04.2026, 13:21 202

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb.

Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır: “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”. (APA)

Oxşar xəbərlər