İcmadan daxil olan bəyanatda bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ Missiyası Ermənistanın ruporuna çevrilib.
“Aİ missiyasının patrul apardığı, tez-tez binokla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır. Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir”, - bəyanatda bildirilib. (AZƏRTAC)