"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan yerli mediaya açıqlamasında deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında hazırkı münasibətlər fonunda İrəvan Avropa İttifaqına qoşulması ya sadəcə olaraq mümkün deyil, ya da bununla bağlı hansısa siyasi anlaşma əldə edilib. Onun fikrincə, əgər İrəvanın Avropa Attifaqına qoşulmasi istiqamətində hansısa addımlar atılırsa, Ermənistan Rusiyanı de-yure üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə azad edir: “Avropanın təhlükəsizliyimizin qarantı olacağı ilə bağlı səsləndirilən fikirlər isə ya çılğınlıqdır, ya da gözlənilən müharibə öncəsi ölkəni zəiflətmək üçün düşünülmüş addımdır. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin təhvil verilməsi ilə bağlı hansısa ayrıca razılaşma var”.
Elxan SALAHOV