15.09.2025, 20:41
AZ EN
05.06.2023, 08:05 299

Ceyhun Məmmədov: “Bu gün dünyada Rəcəb Tayyib Ərdoğan kimi liderlərin qıtlığı var”

XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğanın qələbəsindən sonra regionda və türk dünyasında ümumilikdə bu coğrafiyalarda vəziyyət nə qədər dəyişəcək kimi fikirlərə Milli Məclisin deputatı Ceyhun Məmmədov “Baku” TV-yə açıqlamasında aydınlıq gətirib. Deputat bildirib ki, mənə belə gəlir, biz istəməsək də bir paralellik aparsaq, əgər Rəcəb Tayyib Ərdoğan getsə idi, əlbəttə, bunu biz arsulamırıq, nə baş verə bilərdi? Bu gün regional güclər, bir çox dövlətlər Türkiyəni İraqa, Suriyaya çevirmək niyyətindəydilər: “Bu bölgədə öz maraqlarını təmin etməyə çalışırdılar və bunun üçün də bütün resurslarını, bütün güclərini ortaya qoymuşdular ki, bu seçkilərdə Rəcəb Tayyib Ərdoğan qələbə qazanmasın. Bu qələbə Türkiyə qədər bizim üçün də önəmlidir, bütün dünyamız üçün də önəmlidir, bütün müsəlman dünyası üçün də önəmlidir. Bu gün dünyada Rəcəb Tayyib Ərdoğan kimi liderlərin qıtlığı var. Bu gün dünya, çox üzr istəyirəm, , uşaqların əlində qalıb, bacarıqsız siyasətçilərin əlində qalıb, siyasətdən anlayışı olmayan insanların əlində qalıb. Bu gün bunu deməyə bizim kifayət qədər əsaslarımız var. Bu gün taxıl böhranını kim həll edir? Bu gün Rusiya-Ukrayna münasibətlərinin normallaşması üçün səyləri kim göstərir? Ümumiyyətlə, Qarabağda vəziyyətin sabitləşməsi, Azərbaycanın o hüquqlarının qorunması,  haqsızlığa qarşı mübarizədə ilk sırada duran məhz Türkiyədir”,- deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər