22.11.2024, 21:05
AZ EN
22.10.2024, 21:02 175

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupunun əsas fəaliyyəti beynəlxalq əməkdaşlığı təşviq etməkdir

XƏBƏRLƏR
  • Bu, Bakı Təşəbbüs Konfransının (BTQ) 17-ci beynəlxalq konfransıdır. Konfransın mövzusu Siyasi və Mülki hüquqlar üzrə Paktın tələbləri və Fransız kolonializminin fəsadlarıdır. Bu gün burada fransız dənizaşırı ərazilərin, hazırda Fransanın müstəmləkəçilik əsarəti altında olan regionların nümayəndələri, Qəmər adalarının nümayəndələri, həmçinin Niderlandın Bonayre və Sen müstəmləkələrinin nümayəndələri - QHT-lərin, siyasi partiyaların rəhbərləri, elm xadimləri iştirak edirlər.

Bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində BTQ-nin təşkilatçılığı ilə oktyabrın 22-də “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans barədə məlumat verərkən söyləyib.

Konfransın əsas məqsədinin Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduğunu vurğulayan Abbas Abbasov deyib: “Bakı Təşəbbüs Qrupu ötən il və bu il belə konfranslar təşkil edib, Fransanın və Niderlandın kolonializm siyasətinin fəsadlarına dair hesabatlar dərc edib. Fransanın dənizaşırı ərazilərinin nümayəndələri və digər iştirakçılar bu gün İnsan Hüquqları Komitəsinin 142-ci sessiyasında çıxış edəcəklər.

Niderlandın müstəmləkələri Bonayre və Sen-Martinin nümayəndələrinin bu konfranslarda üçüncü dəfədir iştirak etdiklərini xatırladan Bakı Təşəbbüs Qrupunun rəhbəri diqqətə çatdırıb ki, bir neçə ay əvvəl BTQ tərəfindən Bonayre adasına dair tematik konfrans keçirilib. Həmçinin əməkdaşlığa dair memorandum imzalanıb. Artıq iki aydır ki, memorandumun icrasına başlanılıb.

“Bakı Təşəbbüs Qrupunun əsas fəaliyyəti beynəlxalq əməkdaşlığı beynəlxalq hüquq çərçivəsində təşviq etməkdir. Bəzi Qərb ölkələrinin mediasında Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin sanki hansısa ölkəyə qarşı yönəlməsi kimi yanlış iddialara rast gəlinir. Bu, qətiyyən doğru deyil. BTQ-nin əsas missiyalarından biri kolonializm və onun yeni təzahürləri olan neokolonializmə qarşı mübarizədir. Bakı Təşəbbüs Qrupu bu müstəmləkəçilik siyasətini həyata keçirən ölkələrə qarşı beynəlxalq hüquq çərçivəsində həmin regionların xalqlarına dəstək verir", - deyə A.Abbasov vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər