Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, ilk növbədə, İspaniyada baş vermiş daşqınlar səbəbindən həyatını itirmiş şəxslər və təbii fəlakətin digər fəsadları ilə bağlı başsağlığı mesajını yenidən ifadə edib.
Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib və mövcud əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Telefon danışığı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (AZERTAC)