Bu barədə partiyanın sədr müavini, parlamentin deputatı Vaaqn Aleksanyan brifinqdə bildirib.
“Növbədənkənar parlament seçkiləri gündəmdə yoxdur, hətta müxalifət öz mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq”, - deyə o qeyd edib.
Baş nazirin impiçment prosesinin başlaması ilə bağlı müxalifətin bəyanatına toxunan Aleksanyan deyib ki, onlar prosesi başlada bilməyəcəklər. Bu, baş tutsa belə, heç bir nəticə verməyəcək. (AZƏRTAC)