19.10.2024, 23:13
AZ EN
05.09.2024, 13:33 223

Erməni müəllimlər baş naziri söyürlər

XƏBƏRLƏR
  • "Faktor" TV xəbər verib ki, cari dərs ilinin başlanmasından 10 gün əvvəl müəllimləri təkmilləşdirmə institutunun vasitəsi ilə növbəti attestasiya keçirilib.

Amma əvvəlki attestasiyalardan fərqli olaraq sualların çoxunu düzgün cavablandırmayanlar öz işlərindən ayrılmalı olublar. Tarix müəllimi Ripsime Qazançyan müxbirə bildirib ki, məktəbə buraxılmayanların əksəriyyəti məhz hökumətin apardığı siyasətə qarşı olanlardır. Onun sözünü kəsən başqa müəllimə isə  deyib ki, baş nazir islahat adı altında müxalif fikirli müəllimləri işdən azad etdiyinə görə nəinki söyülməlidir, həm də istefa verib özünün jurnalist peşəsi ilə məşğul olmalıdır. Aparıcı sonda açıqlayıb ki, artıq yüzlərlə müəllim işdən çıxarılıb və onlar gələn ilki attestasiyada müsbət nəticə göstərsələr, məktəblərdə işləmək üçün təyinat alacaqlar.

N.Qaramanlı

Oxşar xəbərlər