"Vətən səsi" xəbər verir ki, bu barədə “Gallup” təşkilatının əhalinin emosional vəziyyətini əks etdirən hesabatında qeyd olunub. Ümumilikdə 144 ölkədən toplanmış məlumatları əsasında hazırlanmış hesabatda dünyanın ən qəzəbli ölkələri sırasında Ermənistanla yanaşı Çad, İordaniya, Şimali Kipr, Syerra-Leone və İraq da yer alıb. Qeyd olunur ki, həmin ölkələrdə və regionlarda münaqişələr, müharibələr, toqquşmalar və siyasi-iqtisadi qeyri-sabitlik daha aktivdir.
Hesabatda əks olunan məlumatlara görə, əhalinin qəzəb səviyyəsi Ermənistanda 43 faiz, İordaniyada 46 faiz, Çadda 47 faiz təşkil edir.
Elxan SALAHOV