22.11.2024, 00:04
AZ EN
21.06.2023, 12:25 306

Edqar Qazaryan aksiya keçirmək istəyir

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentin 44 günlük müharibənin təfərrüatlarını öyrənən istintaq komissiyasının dünənki iclasında dediyi fikirlər müxalifətin narazılığına səbəb olub. R.Koçaryanın ofisindən bildiriblər ki, onun sabiq hakimiyyətlər barədə söylədikləri həqiqəti əks etdirmir. Sabiq nazir Edqar Qazaryan isə etiraz aksiyası keçirmək üçün İrəvan şəhər meriyasına məktub göndərərək iyulun 5-də və 6-da keçirəcəyi yürüş aksiyanın marşrutu və mitinqin olacağı məkan barədə icazə xahiş edib. "Hraparak" qeyd edib ki, etirazçılar hökumət və parlament binalarının yanından keçdikdən sonra saat 19-dan 21-dək Respublika meydanında, iyulun 6-da saat 18-də isə prezident iqamətgahının yanında toplaşacaqlar. Xatırladaq ki, Edqar Qazaryan sosial bazası olmayan və vaxtilə barəsində korrupsiya ilə bağlı cinayət işi açılan şəxsdir.

Nəsib

Oxşar xəbərlər