21.11.2024, 22:15
AZ EN
05.06.2024, 15:43 330

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk edib

XƏBƏRLƏR
  • Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk edib.

Bu barədə Syünik qubernatoru Robert Qukasyan jurnalistlərə bildirib.

Qeyd edək ki, bu ilin fevralın 12-də Ermənistan ordusunun snayperi Nerkin Hand kəndi yaxınlığında yerləşən mövqeyindən Zəngilan istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin mövqelərinə atəş açıb.

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sərhədçilərinin Nerkin Hand kəndində olmaları üçün mandatları yoxdur.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd etmişdi ki, Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Nerkin Hand kəndinə buraxmayıblar.

Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər. (APA)

Oxşar xəbərlər