22.11.2024, 13:00
AZ EN
06.02.2024, 15:19 235

Kamal Abdulla: “Düşünürəm ki, xalqımızın qalib xalq kimi daim qürurla yaşaması üçün bu seçkilərin keçirilməsi labüd idi”

XƏBƏRLƏR
  • “Vətən müharibəsində qazandığımız qələbə xalqımızı yeni və daha böyük qələbələrə doğru aparır. Cəmiyyətimiz bundan sonra yeni və vacib bir mərhələnin başlanğıcında olduqlarına əmindir. Bununla bağlı arzu və istəklərinin məhz 7 fevral prezident seçkilərinin timsalında gerçəkləşəcəyini ifadə edirlər. Bu, olduqca önəmli məqamdır. Qazandığı Zəfərlə haqqı və ədaləti bərpa etmiş Azərbaycanın beynəlxalq arenada tutduğu yer, sərgilədiyi mövqe çox ucadır”.

Bunu secki-2024.az saytına açıqlamasında Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.

Akademik 7 fevral seçkilərinin Azərbaycan cəmiyyətində, xalqın həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacağına əminliyini ifadə edib: “Düşünürəm ki, xalqımızın qalib xalq kimi daim qürurla yaşaması üçün bu seçkilərin keçirilməsi labüd idi. Bu seçki bir növ xalqımızın qalib statusunun siyasi müstəvidə təsdiqlənməsi deməkdir. Onun cəmiyyətə verəcəyi üstünlükləri isə həyatımızın bütün sahələrində hiss edəcəyik. Mən buna qəti əminəm”.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər