20.10.2024, 05:26
AZ EN
20.09.2023, 17:58 218

Vətənə canım qurban deyən igid

XƏBƏRLƏR

Səddam Elşən oğlu Qurbanov 17 noyabr 1996-cı ildə Qazax rayonunun Alpoud kəndində anadan olmuşdur. Orta təhsilini də Qazax rayonunun Rəsul Mirzəliyev adına tam orta məktəbdə almışdır. Səddam torpaqlarımızın işğalı haqqında yalnız məktəbdəki tədbirlərdən, televiziyada gedən verilişlərdən, valideynlərindən öyrənirdi. Böyüdükcə bu hisslər onda böyük arzular oyadırdı. O, düşünürdü və inanırdı ki, bu işğal belə qala bilməz, mütləq Azərbaycanın igid oğulları düşməni məhv edəcəkdir. Bu inamla da boyudu, həqiqi hərbi xidmətə çağırılaraq Quru Qoşunlarında xidmət etməyə başladı. Tərxis olunduqdan sonra müxtəlif yerlərdə isləməyə başladı. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşə atıldı. Kəlbəcər və Füzuli uğrunda gedən döyüşlərdə düşmənə olan nifrətini gizlədə bilmirdi. Artıq arzusuna çatmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz düşməni texniki və canlı qüvvə sarıdan məhv edərək Zəfər çaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səddam Qurbanov "Füzulinin azad olunmasına görə", III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Qazimiz ailəlidir, III dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər