07.02.2026, 05:03
AZ EN
28.01.2026, 11:27 139

Şəhid İlqar Bürcəliyevin xatirəsinə kitab həsr edilib

XƏBƏRLƏR
  • Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Qayıtmayan igidim, Zəfərimin İlqarı” adlı yeni kitabı nəşr edilib. Kitab 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış İlqar Vüqar oğlu Burcəliyevin əziz xatirəsinə həsr olunub.

Kitabda şəhidimizlə bağlı onun döyüş yoldaşlarının, dostlarının və ailə üzvlərinin xatirələri toplanıb.

Xatırladaq ki, İlqar Bürcəliyev 11 mart 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulub. Şəhidimiz görkəmli teatr və kino xadimləri Məmməd Burcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. İlqar Vətən Müharibəsi zamanı sentyabrın 27-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb. 29 sentyabr 2020-ci ildə Gəncədə Şəhidlər xiyabanında dəfn edilib. Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 
Qeyd edək ki, xronoloji ardıcıllıqla ensiklopedik məlumat xarakterli kitab “Star çap evi” mətbəəsində nəfis tərtibatda Kəpəz Peşəkar Futbol Klubunun maliyyə dəstəyi ilə nəşr edilib. Kitabın redaktorları Sailə Məhərrəmqızı, Vaqif Əmiraslan və Fuad Cavadzadədir. Yeni nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mina RƏŞİD

Oxşar xəbərlər