08.09.2024, 07:18
AZ EN
03.05.2023, 09:40 299

19 yaşlı qəhrəman!

XƏBƏRLƏR
  • Elvin Ziyafət oğlu Novruzov 2001-ci il mayın 3-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-cu il iyunun 22-də hərbi xidmətə çağırılıb. Xidmətinə Ağcabədidə yerləşən hərbi hissədə başlayıb. Xüsusi bacarığı, qabiliyyəti ilə Elvin manqa komandiri vəzifəsinədək yüksəlib.

Azərbaycanın igid oğlu Elvin Novruzov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatılıb. O, Fizuli, Cəbrayil və Qubadlı uğrunda gedən savaşlarda mərdliklə döyüşüb.                                 
2020-ci il oktyabrın 21-də Qubadlının azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb. 23 oktyabr Sumqayıt Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla canı qədər sevdiyi torpağa tapşırılıb.             
Elvin Ziyafət oğlu Novruzov ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Elvin Vətən uğrunda Şəhid olanda onun cəmi 19 yaşı vardı. Amma o adını öz qanıyla Azərbaycanın Zəfər tarixinə yazaraq ölümsüzlük qazandı. İndi nəinki doğmaları, bütün xalq onun adı, amalı ilə qürur duyur.

Bu gün qəhrəman Şəhidimizin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elvin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər