25.04.2025, 02:52
AZ EN
23.11.2022, 14:28 532

Türkiyəli tanınmış yazardan Fransaya orijinal etiraz

XƏBƏRLƏR

TAİB-in İdarə Heyətinin üzvü, Türk Araşdırmalar Mərkəzinin rəhbəri, MHP mənsubu  tanınmış yazar Kənan Çarboğa  Fransanın Azərbaycan qarşı qəbul etdiyi qərəzli qətnaməyə etiraz edib. Bunu Fnarsa hökumətinin  Türk dünyasına qarşı  açıq nifrətinin bariz nümunəsi kimi qəbul edən tanınmış yazar “Fransız qəhrəmanlıq tarixi”  adlı kitab dərc edib. Türkiyə Ağsaqqallar Birliyinin mətbuat xidməti xəbər verib ki,  müəllif kitabda annatosiyadan sonra, vərəqlərin boş olması  ən tez oxunan kitab statusu yaratdığından o, “Ginnesin rekordlar kitabı”na müraciət ünvanlayacağını deyib. Bu haqda Türkiyə mediyasına açıqlama verən Kənan Çarboğa bildirib ki, Türkiyənin tarixinə nəzər salanda onun Fransaya nə qədər dəstək verdiyinin şahidiyik. Fransanın bu qərəzli addımları ümumtürk dünyasına yönələn nifrət nişanəsidir. “Türkiyə hər zaman Azərbaycanın yanında olub və hər zaman da olacaqdır. Qardaş ölkəyə olunan bu həqarəti qətiyyətlə pisləyirik!.

Müəllifi olduğum bu kitab müxtəlif dillərdə də çap olunacaq. İlk öncə Azərbaycan dilin də çıxarmaq fikrindəyəm ki, bizə düşmən olanlar türk birliyinin sarsılmaz olduğunu, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha anlasınlar, bir daha görsünlər”, - deyə Kənan Çarboğa vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər