20.04.2025, 02:02
AZ EN
18.05.2023, 08:40 460

Bu gün Laçın laçın günlərini yaşayır

XƏBƏRLƏR

Azərbaycan xalqı 29 il ərzində hər il 18 mayı Laçın rayonunun işğal günü kimi qeyd edərdi. Lakin indi Laçın azaddır. Bu gün Laçının taleyinə işğal tarixi kimi deyil, bərpa tarixi kimi yazılır. Laçının hər günü yenidən qurulub-yaradılır. Artıq üçüncü ildir ki, Biz Laçınla bağlı xatirələrimizi deyil, işğaldan azad olunmuş rayonun perspektiv inkişafından danışırıq. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr  bəyanatına əsasən 2020-c il dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edildi. Ermənistan silahlı qüvvələri Ağdam və Kəlbəcər rayonları kimi Laçını da Azərbayacna təhvil verməli oldu. Beləliklə, Laçının azad edilməsiylə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı. Bu il aprel ayının 3-də isə Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi sülh və təhlükəsizliyə xidmət edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər