Bunu Füzuli şəhər sakini Tahir Atakişiyev deyib.
Onun sözlərinə görə, mən Füzulidən qaçqın düşəndə oğlumun indiki yaşında idim.
“İndi isə oğlumla bir yerdə doğma vətənimizə qayıdıram. Füzuli işğaldan azad ediləndən sonra ora köçməyə çox səbirsizlənirdim. Həyatda ən böyük arzum Füzuliyə qayıtmaq idi. Bu günü bizi yaşadanlara təşəkkür edirəm”,- deyə o qeyd edib.
Qeyd edək ki, bu gün daha 68 nəfərdən ibarət 24 ailə Füzuliyə dönüb. Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib. (Trend)