18.01.2026, 14:14
AZ EN
24.12.2025, 13:40 289

Bu gün çiçəkləyən, dirçələn, abadlaşan Qarabağ Cənab Prezidentimiz İlham Əliyevin əsəridir

XƏBƏRLƏR
  • Bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Prezidentin jurnalistlərlə söhbətində dediyi kimi, onun üçün xüsusi bir istirahət günü yoxdur, o hətta bazar günləri də çalışır. Deyir ki, elə məsələlər var ki, onları operativ həll etmək lazımdır. 30 illik Qarabağ həsrətinə son qoymaqla xalqının böyük məhəbbətini qazanan prezidentimiz elə doğum günlərində də iş başında olur. Güclü iradə və böyük əzmlə işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur torpaqlarını qarış-qarış gəzir. Doğma yurda Böyük Qayıdışın və çəkdiyi zəhmətin sonsuz sevincini yaşayır.

Dövlətimizin keşiyində daim ayıq-sayıq olan əziz Prezidentimizi təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycanımız adına böyük uğurlar arzulayır və bir neçə ziyalımızın təbrikini “Vətən səsi”nin oxucularına çatdırırıq.

  

Fəlsəfə üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Vəsilə Möhsümova bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Onun siyasi iradəsi, diplomatik məharəti və strateji uzaqgörənliyi nəticəsində xalqımızın yüz illərlə həsrətində olduğu Qarabağ problemi öz ədalətli həllini tapdı. Bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və beynəlxalq hüququn bərpası deməkdir. Prezidentin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövlətinin suverenliyi tam təmin olundu, ərazi bütövlüyü bərpa edildi. Bu hadisə, son 100 ilin ən möhtəşəm nailiyyətlərindən biri kimi tarixə düşdü. İlham Əliyevin rəhbərliyində dövlətçilik ənənələri möhkəmləndi, milli həmrəylik və vətənpərvərlik hissi daha da gücləndi. Onun uzaqgörən sayəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrildi və beynəlxalq aləmdə nüfuzunu artırdı. Prezidentin bu uğurları həm daxili, həm də xarici siyasətdə balanslı və prinsipial mövqeyinin nəticəsidir. O, Ulu Öndərimizin siyasi irsini müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək yeni mərhələ yaratdı.

Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycanın inkişafı naminə uğurlar arzulayıram.

 

Yazıçı, rejissor Vüsal Nuru deyir ki, bu gün çiçəkləyən, dirçələn, günü-gündən boy göstərən, abadlaşan Qarabağ sözün həqiqi mənasında Cənab Prezidentimiz İlham Əliyevin əsəridir. İlham Əliyev bizə təkcə doğulduğumuz, ata-babalarımızın əmanəti olan torpaqları, qəbirləri, abidələri deyil, həm də uşaqlığımızı, xatirələrimizi, sevincimizi, qürurumuzu, şərəfimizi qaytarıb. İllər sonra evinə - Qarabağa qayıdan sakinlər bu torpaqların nəbzi, nəfəsi olacaqlar. Qarabağ bizimlə yenidən yaşayacaq. Qarabağdakı evlərdə yanan işıqlar Cənab Prezidentimizə olan minnətdarlığımızın, sevgimizin rəmzidir. İnanıram ki, tezliklə mən də Ağdama, ata-baba yurduna köçənlərin sırasında olacam. Mənə verilən evin işığını hər axşam qalib sərkərdəmiz İlham Əliyevin şərəfinə yandıracam. Otaqlarımız, küçəmiz Cənab Prezidentimizə olan minnətdarlığımla, sevgimlə aydınlanacaq. Bu zəfərin, bu yurda dönüşün həyəcanını, sevincini, ancaq o yurdun həsrətini çəkənlər bilər. Nəyi nə zaman, necə edəcəyini bilən möhtərəm insan bu xoşbəxt günləri bizə yaşadır.

Mən bir vətəndaş, bir ağdamlı və bir yazıçı olaraq fürsətdən istifadə edib, Cənab Prezidentimiz İlham Əliyevi yeni uğurlu yaşı, doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı arzulayıram. Bir əsgəri olaraq Cənab Ali Baş Komandanın əmrinə hər an hazıram. Dövlətimizə zaval gəlməsin, bayrağımız daim ucalarda dalğalansın!

 

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şərqiyyə Dadaşovanın dedikləri:

-Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür.  Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır. O dünya azərbaycanlılarının ən böyük arzusunu, ərazi bütövlüyümüzü reallaşdıraraq liderliyini sübut etdi. 2020-ci ildə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi tanındı. Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən lider kimi sevir və dəstəkləyir.

Doğum günü  münasibətilə cənab Prezidenti səmimi qəlbdən təbrik edir, dövlət  başçımıza sağlam, uzun ömür, möhkəm can sağlığı, doğma Vətənimizin, dövlətimizin inkişafı, xalqımızın xoşbəxt rifahı naminə gördüyü işlərdə uğurlar arzulayıram.

Yeni yaşınız mübarək, cənab Prezident!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər