25.11.2024, 01:13
AZ EN
22.12.2022, 10:48 340

Məni evimə buraxın!

XƏBƏRLƏR
  • Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin və ekofəalların Laçın-Xankəndi yolundakı aksiyası on bir gündür ki, davam edir.

Lakin ermənilər Laçın-Xankəndi yolunda azərbaycanlı ekoloqların etirazlarını dünya birliyinə başqa formada çatdırmağa çalışırlar. Amma onların humanitar yükləri, təciliyardım maşınlarının buraxılmaması yalanları ayaq tutsa da, yerimədi. Çünki sözügedən məkandan hər gün, hər saat canlı yayımlar, video görüntülər erməni yalanını əks etdirmir.

Etiraz aksiyasında iştirak edən qeyri-hökumət təmsilçiləri, ekofəallar, könüllülər, müharibə iştirakçıları havanın şaxtalı keçməsi onlara öz şüarlarını səsləndirməyə mane olmur. Burda dayanan hər bir soydaşımız dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox olan azərbaycanlının səsi olduğunu da unutmurlar.  Hazırda dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyur və “Azərbaycan oyaqdır”, sərvətlərinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”  “Ekoloji cinayətə son” , “Stop ekoterror!” fikri də əsas şüarlardan biridir.

Aksiyada əslən Xankəndindən olan soydaşlarımız da iştirak edir. Onların ən böyük arzusu öz yurdlarına qayıtmaqdır. 6 yaşınadək Xankəndi şəhərinin meşəçilik küçəsi 12-ci ev ünvanında yaşayan Aytəkin Haşımovanın tələbi isə daha konkretdir: “Məni evimə buraxın!”.

O, bildirib ki, hal-hazırda mən öz evimə ən yaxın olan məsafədə durmuşam. İnşallah, qismət olar tələbim, istəyim, arzum, israrım, haqq səsim yerini tapar. Mən doğulduğum evdə böyüyə bilməsəm də, bundan sonra orda yaşamaq və uşaqlarımı orda böyütmək, həkim kimi öz doğma şəhərim olan Xankəndində fəaliyyət göstərmək istəyirəm.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər