09.06.2025, 18:18
AZ EN
19.04.2024, 17:26 337

Zəfərə həsr edilmiş “60 çiçək - bir çələng” adlı kitab təqdim edilib

XƏBƏRLƏR
  • Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında Azərbaycanın şair və yazıçı xanımlarının Böyük Zəfərimizə həsr olunmuş ədəbi almanaxının təqdimatı keçirilib.

Kitabın ideya və ön sözünün müəllifi “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, tanınmış yazıçı Nüşabə Məmmədli, tərtibçi və redaktoru isə tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. “60 çiçək-bir çələng” adlı bu kitab “Apostrof-A” nəşriyyatında çap edilib.

Qeyd edək ki, ədəbi almanaxa 60 yazar xanımın esse, əfsanə, şeir, poema, hekayə, nağıl, xatirələr və.s janrda qələmə alınmış yazıları daxil edilib. Kitabda tanınmış yazıçılarımızla bərabər, həvəskar, əyalətdə yaşayan istedadlı xanmlarımızın da əsərləri yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mina RƏŞİD     

Oxşar xəbərlər