10.03.2025, 04:45
AZ EN
26.12.2023, 15:48 426

11 ayda Füzulidə bərpa işləri ilə bağlı 40 tender keçirilib

XƏBƏRLƏR
Bu il fevralın 1-dən dekabrın 23-dək Füzuli rayonunda bərpa və yenidənqurma tədbirləri çərçivəsində müxtəlif dövlət qurumları tərəfindən keçirilən tenderlər vasitəsilə 5 milyon 407 min 606 manatın hansı sahələrə ayrılacağı müəyyənləşib.
 
"Vətən səsi" xəbər verir ki, ümumilikdə göstərilən müddətdə Füzuli rayonun yerli strukturları tərəfindən bərpa və yenidənqurma işləri ilə əlaqədar 40 tender keçirilib. Həmin tenderlərin böyük əksəriyyəti Suvarma Sistemləri İdarəsinin və yerli səhiyyə oraqnalarının payına düşür. Belə ki, yerli strukturlar tərəfindən keçirilən tenderlərin demək olar ki, 80 faizi suvarma sistemləri, səhiyyə və tibbi xidmət müəssisələrinin qurulmasını nəzərdə tutur.
 
Fevralın 1-dən dekabrın 23-dək keçirilən tenderlərdə qalib seçilən şirkətlər arasında  "Art-Proje" MMC, "Uğurlu İnşaat" MMC , "Sqs Group" MMC , Ağdam Melioservis İdarəsi və  "Tiim" MMC üstünlük təşkil edir. Bu sırada sayca ən çox tender udan şirkət "Art-Proje" MMC-dir. Belə ki, həmin şirkət Füzuli rayonunun 4 dövlət qurumunun keçirdiyi tenderin qalibi seçilib. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi isə 465 232 manat təşkil edir.
 
"Uğurlu İnşaat" MMC , "Sqs Group" MMC , Ağdam Melioservis İdarəsi və  "Tiim" MMC şirkətləri isə Füzulidə keçirilən tenderlərdən hər biri ayrı-ayrılıqda 3 tenderin qalibi olub. Sözügedən şirkətlərdən "Uğurlu İnşaat" MMC 734 904 manat, "Sqs Group" MMC 528 382 manat, Ağdam Melioservis İdarəsi 525 281 manat və "Tiim" MMC 207 538 manat həcmində olan tenderləri udublar. Başqa şirkətlər isə rayonda dövlət qurumları tərəfindən keçirilmiş 2 və daha az tenderi uda biliblər.
 
Elxan SALAHOV
Oxşar xəbərlər