Azərbaycan-Ermənistan sərhədində gərginlik yarandığı üçün bizim burada olmağımız çox əhəmiyyətlidir. Gələn qonaqlar arasında türkiyəli jurnalistlərlə bərabər, digər media qurumlarının da nümayəndələri var.
Bu fikirləri "Daily Sabah" nəşrinin əməkdaşı Dilara Aslan Özer söyləyib.
O qeyd edib ki, Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərdə görülər işlər barədə məlumat almaq üçün buradırlar.
“Savaşdan sonra ilk dəfə Zəngilana köçürülən insanların yaşadıqları yerlərdə də olacağıq. Orada uzun illərdən sonra doğma yurdlarına qayıdan insanların fikirlərini öyrənəcək, təəssüratlarını bölüşəcəyik”, - deyən Dilara Aslan Özer bölgədə baş verən münaqişələrin tezliklə bitəcəyinə və sülhün bərqərar olacağına inamını bildirib. O qeyd edib ki, Türkiyə dövlətinin də bu istiqamətdə mövqeyi bəllidir və hər zaman qardaş ölkə Azərbaycanın yanındadır. Eyni zamanda, Türkiyə tərəfindən Ermənistana lazımi xəbərdarlıqlar edilib. (AZƏRTAC)