Bunu Suqovuşan qəsəbəsindəki yaşayış məhəlləsinin tikintisinə çalışan usta Azər Məmmədov deyib.
“Şanlı ordumuz düşmən üzərində qələbə qazandı, 30 il işğal altında olan torpaqlarımız azad edildi. Ermənilərin dağıtdığı şəhər və kəndlərimiz indi yenidən qurulur. Mən də quruculuq işlərinin iştirakçısıyam. Tezliklə daha bir tarixi hadisənin şahidi və iştirakçısı olacağıq. Fevralda keçiriləcək prezident seçkiləri ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə də təşkil ediləcək. Mən də iş yoldaşlarımla birlikdə Suqovuşan qəsəbəsindəki seçki məntəqəsində səs verəcəyəm. Allah dövlətimizi hər zaman qüdrətli, xalqımızı xoşbəxt eləsin”, – deyə o bildirib. (AZƏRTAC)