Bu barədə Latviyanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qurumda qeyd ediblər ki, aprelin 14-də Bakıda komissiyanın həmsədri, Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzenin Azərbaycanın rəhbər şəxsləri ilə görüşləri keçiriləcək.
"Nazir Krauze gələn həftə Azərbaycana gələcək. Aprelin 14-də onun Bakıda ölkənin Baş naziri (Əli Əsədov - red.) və iqtisadiyyat naziri (Mikayıl Cabbarov - red.) ilə ikitərəfli görüşləri olacaq. Bundan başqa, Krauzenin digər görüşləri də baş tutacaq. Hökumətlərarası Komissiyanın iclası çərşənbə günü, aprelin 15-də Şuşada keçiriləcək", - nazirlikdən bildiriblər. (Report)