Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir.
Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir. (Report)