1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakini qeyri-insani işgəncələrə məruz qalıb, 67 nəfər qətlə yetirilib, 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarəti alıb, 5 nəfər isə girov götürülüb.
Bu gün faciənin ildönümündə kəndin xarabalıqları sanki dil açıb o ağır günlərin kədərini pıçıldayır. Bir tərəfdə dağıdılmış evlərin ürək dağlayan mənzərəsi dayanır, digər tərəfdə isə ağ örpəyə bürünmüş Murovdağ, təzəcə yaşıllaşmağa başlayan yaylaqlar, baş qaldıran dağ çiçəkləri və təbiətin sükutunu pozan çayın şırıltısı kədərlə ümidin qoşa addımladığını göstərir. (AZƏRTAC)