Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya əyalətinin Kəpəz şəhərində çıxışı zamanı bildirib.
O, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu nəqliyyat layihəsində Azərbaycanın olmamasına görə də tənqid ddib: “Bu gün Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?”, - diplomat vurğulayıb.
Çavuşoğlu müasir Türkiyənin sadəcə özünün deyil, həm də bütün türk dünyasının maraqlarını qoruduğunu xatırladıb. ("APA")