21.11.2024, 20:38
AZ EN
21.08.2024, 13:17 256

Azərbaycan V Beynəlxalq Film Festivalında iştirak edəcək

XƏBƏRLƏR
  • Avqustun 23-dən 27-dək Sankt-Peterburqda Rusiya və MDB ölkələrinin V Beynəlxalq Film Festivalı – “Lendoc Film Festival” (LEFF) keçiriləcək.

Qeyd edək ki, festival beş ildir ki, “Lendok” kinostudiyası tərəfindən “Kinokultura” cəmiyyəti ilə birgə keçirilir və bu il də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, Mədəniyyət Təşəbbüsləri Fondu və Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi ilə təşkil olunur.

Son illərdə LEFF Sankt-Peterburqun mərkəzi tədbirlərindən birinə çevrilib, Rusiya ilə dost ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Festivalın qonaqları arasında Azərbaycan, Belarus, Gürcüstan, İraq, Hindistan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tacikistan və Özbəkistan nümayəndələrinin olacağı gözlənilir.

Avqustun 27-də federal kanalların, rəqəmsal platformaların, film yayımı şirkətlərinin rəhbərləri, həmçinin MDB ölkələrinin dövlət kino müəssisələrinin başçılarının daxil olduqları münsiflər heyəti birgə istehsal layihələrinin pitçinqini keçirəcək. Pitçinqin aparıcısı Rəqəmsal Televiziya ASC-nin kino kanallarının direktoru İvan Kudryavtsev olacaq.

Yekun pitchinqdə prodüser dəstəyi alacaq qalib layihələrin birgə istehsalı ilə bağlı müqavilələr imzalanacaq.

“Lendok” kinostudiyası gənc kinorejissorlar və festivalın qonaqları üçün kino sənayesi peşəkarlarının iştirakı ilə bir sıra dəyirmi masalar və ustad dərsləri də hazırlayıb. Onların arasında Əli Xamrayevin ustad dərsi, “Debütə aparan yol” və “Sənədli filmlər yayım dövründə: bu gün hansı filmlərə ehtiyac var?” mövzularında dəyirmi masalar, həmçinin prodüser və operator Aleksandr Rubanovla yaradıcılıq görüşü var.

2024-cü ildə festival ikinci dəfə beynəlxalq müsabiqə elan edib və təşkilatçılara Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, İspaniya, İtaliya, İsrail, Argentinadan 700-dən çox müraciət daxil olub.

“Lendocstart” tələbə filmləri müsabiqəsi bu il ilk dəfə keçirilir və altı bədii və səkkiz sənədli filmə bölünən iki bloka 14 ekran əsəri daxildir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər