20.04.2025, 05:57
AZ EN
12.09.2023, 17:02 401

Ağdamda daha bir məktəbin tikintisinə başlanır

XƏBƏRLƏR
  • İkinci Qarabağ Müharibəsi düşmənin raket hücumuna məruz qalmış daha bir yaşayış məntəqəsində məktəb binasının tikintisinə başlanır. Söhbət Ağdam rayonunun Rzalar kəndindən gedir.

“Vətən səsi” xəbər verir ki, Elm və Təhsil Nazirliyi işğaldan azad olunmuş Ağdamda yeni məktəb binasının tikintisi ilə bağlı təkliflər sorğusu elan edib. Nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi sorğuda Ağdam rayonunun Rzalar kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisi işlərinin satınalınması nəzərdə tutulur. Müsabiqəyə qatılmaq istəyən iddiaçılar bunun üçün 1000 manat iştirakhaqqı ödəməlidir. Müsabiqəyə təkliflərin təqdim olunması üçün son tarix oktyabrın 11-də başa çatır.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Həmçinin tikinti işlərinin satınalınmasında iştirak etmək istəyən şirkət hüquqi-təşkilatı formasından asılı olmayaraq tenderdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalıdır. İddiaçı inşa etdiyi analoji tikililər barədə “Tikinti obyektinin istismarına icazə” sənədinin surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini digər sənədlərlə birlikdə Tender Komissiyasına təqdim etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər