19.10.2024, 20:28
AZ EN
28.12.2023, 15:29 317

“Səninləyik, Türkiyə!” – yeni poeziya antologiyası

XƏBƏRLƏR
  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış yeni antologiya çap edilib.  “Səninləyik, Türkiyə!” adlı topluda türk dövlətləri və böyük türk coğrafiyasının tanınmış şairlərinin şeirləri toplanıb. Bu şeirlər 50 mindən artıq insanın ölümünə səbəb olan 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarının əziz xatirəsinə ithaf olunub. Kitabda türk şairləri Gülsüm Çingiz, Ömər Məhmətoğlu və Əbdürrəhim Kiçiyin, azərbaycanlı şairlər Səlim Babullaoğlu və Fərid Hüseynin, qazax şairləri Sayat Kamşıger və Kayırbek Şağırın, qırğız şairləri Mark-Abay Aamatov, Dalmira Tilepbergenova və Begican Ahmetovun, özbək şairləri Xurşud Dövran və Xasiyyət Rüstəmin və başqalarının şeirləri toplanıb. Antologiyadakı şeirlər zəlzələnin ağrılarını, kədərini ifadə edən fotolara yazılıb.

Kitabın ideya və ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevadır.

“Mütərcim” nəşriyyatında işıq üzü görən​ nəşrin tərtibçi, tərcüməçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, dillər üzrə məsləhətçilər Ömər Məhmətoğlu, Şəmsəddin Kuzəçi, Maya Saparova, Zera Bəkirova və Albina Borisovadır. Dizayn və səhifələmə Cavid Kişiyevə aiddir.

Mina RƏŞİD

Oxşar xəbərlər