Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Şuşa sakini, şəhid ailəsi üzvü Emil Cəfərov deyib.
O bildirib ki, uzun illər Şuşaya qayıtmaq həsrəti ilə yaşamışıq:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər çalaraq torpaqlarımızı işğaldan azad etdi və yurd həsrəti başa çatdı. Bu gün Şuşamız yenidən çiçəklənir. Parlament seçkilərinin də keçirilməsi bizi daha da qürurlandırır. Mütləq mən də səsvermədə iştirak edəcəm və seçdiyim deputata səs verəcəm. İnanıram ki, seçdiyimiz deputat Şuşanı layiqincə təmsil edəcək. Bu gün şəhidlərimizin də ruhu şaddır ki, onların qanı yerdə qalmadı, Şuşamız azad oldu və yenidən çiçəklənir”.