10.10.2024, 15:47
AZ EN
14.09.2024, 11:28 209

Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Mingəçevir şəhər Texniki Peşə məktəbinin binasında yerləşən 20 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib.

Şuşa Rayonun idarə, müəssisə rəhbərləri və sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, işğaldan azad edilən ərazilərdə ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı danışdı, Qarabağda aparılan nəhəng quruculuq işlərinin dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyduğunu bildirdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşların Şuşa şəhərinə köçürülməsi və digər məsələlərlə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova ünvanladığı suallar RİH rəhbəri tərəfindən diqqətlə dinlənildi, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər