20.10.2024, 12:32
AZ EN
06.11.2023, 17:31 200

Qərbi Azərbaycana qayıdışa həsr olunan filmin təqdimatı

XƏBƏRLƏR
  • “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) “Nəsil ağacı” adlı sənədli filmin təqdimatını keçirib. Film Qərbi azərbaycanlıların doğma yurda - Zəngəzura qayıdışna həsr olunub. Filmdə Zəngəzurda yaşamış tanınmış insanlar, onların ailələri, nəsillər və sadə insanlardan bəhs edilir.

Qeyd edək ki, filmin çəkilişi Bakıda, Ermənistandan vaxtilə didərgin düşmüş insanların kompakt məskunlaşdığı Göygöl, Goranboy və Gəncə şəhərlərində aparılıb.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev İTV-yə bildirib ki, Qərbi Azərbaycan həqiqətləri ekran əsərində hekayə formasında təqdim edilib.    

Burada Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri öz əksini tapıb.

Ekran əsərində qeyd olunur ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı ümumilikdə 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.

Hazıladı: Mina RƏŞİD

Oxşar xəbərlər