06.02.2025, 04:43
AZ EN
13.10.2023, 09:53 354

Bu gün gizir Novruz İsmayılovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsi qəhrəmanlarından olan gizir şəhid Novruz Nürəddin oğlu İsmayılov 1987-ci il oktyabrın 13-də Daşkəsən rayonunun Zinzahal kəndində anadan olub. 1994-cü ildə kənd məktəbinə gedib və 4-cü sinifə qədər orada oxuyub. Sonra ailəsi Gəncəyə köçüb. Novruz orta təhsilini 21 saylı tam orta məktəbdə davam etdirib. 2005-ci ilin oktyabrında hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin təlim və tədris mərkəzində 2008-ci ilin sentyabr ayının 15-dən 2009-cu ilin martın 7-nə qədər kurs  keçib. Naxçıvan şəhərində N saylı hərbi hissəsində gizir kimi Vətənə xidmət edib.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində  gizir Novruz İsmayılov Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Azərbaycanın qəhrəman oğlu, igid döyüşçü oktyabrın 30-da Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Daşkəsəndə torpağa tapşırılıb.  

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin srəncamlarına əsasən Novruz İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun bir qızı Vətənə yadigardır.

Bu gün qanı-canı ilə illərlə həsrətində olduğumuz Şanlı Zəfər tariximizə imza atan, Vətən müharibəsinin qəhrəman şəhidi, gizir Novruz İsmayılovun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər