29.04.2025, 19:43
AZ EN
31.01.2023, 10:47 392

Leyla xanımı qorumaq borcumuzdur

YAZILAR

Ermənistan mediasında diqqət çəkən məqamlardan biri də Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusu ilə bağlıdır. Ötən ilin sonlarına yaxın Fransada diplomatik fəaliyyətə başlayan səfirimiz Leyla Abdullayeva elə ilk vaxtlardan öz vətənpərvərliyi və peşəkarlığı ilə diqqəti cəlb etmiş, hətta bununla bağlı ermənilər ayrıca məqalədə yazmışdılar. Ermənilərin ABŞ-dakı sadiq səfiri vurğulamışdı ki, erməni səfirlər gənc, amma peşəkarlığı ilə çoxlarını üstələyən Leyla Abdullayevadan ibrət götürməlidirlər. "Hraparak" yanvarın 31-də yaydığı xəbərlər sırasında yenidən Leyla xanımın peşəkarlıq səviyyəsinin yüksək olmasına yer ayırıb. Qeyd olunur ki, Azərbaycanla bağlı hər bir olaya dərhal münasibət bildirən Leyla Abdullayeva İrandakı terror aktı ilə bağlı mətbuat konfransı keçirib və orada təkcə Fransa jurnalistləri deyil, həm də müxtəlif səfirliklərin media attaşeləri iştirak ediblər. Olayla, ümumiyyətlə, Azərbaycanla bağlı suallara cavabı ilə bir daha obyektivlik və peşəkarlıq nümayiş etdirən Leyla xanımın Fransa iqtidarının ölkəmizə qarşı qərəzli və ermənipərəst mövqeyini də ciddi tənqid edib.

Bu barədə yazan erməni jurnalist həyasızcasına belə bir hədələyici ifadə işlədir ki, belə getsə, o hansısa iranlının qisas hədəfinə çevriləcək. Bu baxımdan Leyla xanıma dayaq olmaq hər birimizin borcumuzdur.

N.QARAMANLI

Oxşar xəbərlər