21.11.2024, 16:41
AZ EN
19.12.2022, 11:22 422

Zatulin ermənilərdən narazıdır

YAZILAR

Məlum olduğu kimi, RF Dövlət Dumasının MDB ölkələri üzrə daimi komissiyası sədrinin birinci müavini Konstantin Zatulin daim ermənilərin haqsız mövqelərini müdafiə edib və Azərbaycanın ünvanına hətta təhqirli fikirlər səsləndirib. Bu il noyabrın əvvəllərində isə Ermənistan hakimiyyətinin istefa verməsinin vacibliyini bildirib və bu, onun sözügedən ölkəyə girişinin qadağan olunması barədə parlament qərarının qəbulu ilə nəticələnib. Dekabrın 19-da " Lurer.com" informasiya agentliyinin yaydığı "Ermənistan iqtidarı axmaqlıq edib" başlıqlı məqalədə Zatulinin həmin məsələyə münasibəti bir daha açıqlanıb. Göstərilir ki, o, “168 saat”ın müxbiri ilə söhbət zamanı bir sıra məsələlərə özəl münasibətini yenidən xatırladıb, Ermənistana girişinə qadağa qoyulmasını isə ermənilərin axmaxlığı kimi dəyərləndirərək belə deyib: “Mənim Ermənistanda heç kimə borcum yoxdur, istəyirdim onlara xaricdən dəstək verməklə yalnız yaxşı münasibətlər qurulsun, hakimiyyət isə bu missiyanı daxildəki partiyalara həvalə etməklə  axmaq olduğunu yenidən sübut etdi”.

Məqalənin sonunda isə müxbir belə bir gülməli fikir irəli sürür ki, əgər Zatulinə embarqo qoyulmasa idi, o İrəvana gələrək iqtidarla birlikdə Laçın dəhlizinin açılmasına öz töhvəsini verərdi.

Onu da xatırladaq ki, erməniməramlı Zatulinin Azərbaycana girişi 2011-ci ildən qadağan edilib.

Nəsib

Oxşar xəbərlər