18.06.2025, 06:17
AZ EN
06.06.2024, 15:16 365

Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir

YAZILAR
  • Vətən uğrunda Tavuş revanşist hərəkatının lideri keşiş Baqrat Qaltsyan bu gün Azərbaycanla sərhədə gəlir. İyunun 4-də İrəvandakı Surp Anna kilsəsinin həyətində Vətən uğrunda Tavuş hərəkatının lideri keşiş Baqrat Qaltsayan “sabah tərəfdaşlarımızla Vardanes rayonuna, yəni Göyçə mahalına gedəcəyik. Saat 18.00-da Zod kəndində mitinqimiz var”, - deyə Baqrat əlavə edib.

Keşiş yaxın vaxtlarda Zəngəzur bölgəsinə gedəcəklərini deyib. Amma dəqiq tarix açıqlamayıb. Bu barədə bilgi Ermənistanın “Teleqram” kanallarında yayımlanıb.

“Kifayət qədər təzadlı şəxs olmaqla yanaşı, Baqrat Qaltsyanın həm də Kanada vətəndaşı olması bir sıra suallar ortaya çıxarır. Digər tərəfdən,  qeyd etmək lazımdır ki, məhz Tavuş bölgəsindən İrəvana doğru çoxgünlük yürüş keçirdikdən sonra Baqrat Qaltsyan yenidən Azərbaycanla sərhədə qayıtdı. Gümrüdə nümayiş keçirdi”. Bunu politoloq İlyas Hüseynov “Qafqaz TV”-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Baqrat Qaltsyan indi də  yenidən Azərbaycanla sərhəddə  mitinq çağırmışdır: “Şübhəsiz ki, bu nümayişlərin  keçirilməsi Ermənistanın siyasi hakimiyyəti üçün ciddi  təhdidlər yaratmasa da,  sülh prosesinə əngəl törədir. Bu da reallıqdır ki, Ermənistanın siyasi estebleçmenti ölkədə ictimai-siyasi vəziyyətin gərgin olması fonunda sülh ilə bağlı daha qəti addımlar ata bilmir”.

İlyas Hüseynov daha sona əlavə edib ki, lakin bu və digər şəkildə Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Ermənistan daxilində vəziyyətin nədən ibarət olmasından asılı olmayaraq, birbaşa dialoq vasitəsilə sülh müqaviləsi razılaşdırılır, dialoq davam etdirilir və bu birbaşa dialoqdur. Bu da çox önəmli bir amildir. Çünki kənar geopolitik aktorlar bu gün demək olar ki, danışıqlar prosesindən uzaqlaşdırılır. Bunun özü elə ümumi normallaşma prosesinə töhfə verir”.

Qeyd edək ki, Baqrat Qaltsyanın mitinq keçirmək istədiyi Zod kəndi Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər