18.05.2024, 11:11
AZ EN
06.07.2023, 17:40 187

Elxan Şahinoğlu: "Makron Fransa-Azərbaycan münasibətlərinə zərbə vurdu"

YAZILAR
  • "Fransa prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə Azərbaycan əleyhinə açıqlamaları, o cümlədən “mən Nikol Paşinyandan daha çox İlham Əliyevə təzyiq edirəm” sözləri Fransa-Azərbaycan münasibətlərinin normallaşma imkanlarına zərbə vurdu". Bunu politoloq Elxan Şahinoğlu özünün şəxsi "Facebook" səhifəsində yazıb. Politoloq qeyd edib ki, halbuki, Fransa xarici işlər naziri Ketrin Kolonna 26 apreldə Azərbaycana səfəri zamanı iki ölkə arasında əməkdaşlığın genişlənməsi barədə danışmışdı: "Bakı Parislə münasibətləri normallaşdırmağa hazır idi. Ancaq Emmanuel Makronun Marseldəki açıqlamaları normallaşma ümidlərinin üstündən xətt çəkdi.

Azərbaycan prezidenti İlham Əliyev buna cavab olaraq Qoşulmama Hərəkatının nazirlərinin Bakı toplantısında sərt tənqid etdiyi Fransanın adını 17 dəfə hallandırıb. Dövlət başçısı çıxışında bir başqa dövlətin adını mənfi mənada çəkməyib. Bakıda konfransa Fransanın müxtəlif adalardakı koloniyalarının nümayəndələri də iştirak edirdilər. Onlar da çıxışlarında Fransanın sərt tənqid ediblər. Bakıda onların iştirakı ilə dəyirmi masa və Fransanın kolonist siyasətinə aid fotosərgi keçirilib. Makrona mesaj belədir: Evin şüşədəndirsə, başqasına daş atma!', - deyə E.Şahinoğlu fikrini tamamlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər