03.02.2025, 08:09
AZ EN
10.12.2024, 11:51 262

Makronun Trampa “Paşinyan təqdimatı”nın arxasında nə dayanır?

YAZILAR
  • Nikol Paşinyan, E.Makron və Donald Tramp Parisdə bir araya gəliblər. Ayaqüstü dialoq Fransa Prezidentin təşəbbüsü ilə baş tutub.

Ekspertlər isə bildirir ki, görüşün əsas məqsədi Makronun Paşinyanı Trampa təqdim etməsidir. Bu isə hazırda hökumət böhranı ilə üzləşən Fransanın Cənubi Qafqazda Ermənistandan anti Rusiya subyekti kimi istifadə etməyə hesablana bilər. Maraqlıdır ki, Azərbaycanla sülh sazişi ilə bağlı məsələlərin 90 faizinin həll edildiyini deyən Paşinyan yenə təhlükəsizlik çətiri axtarışına çıxıb.

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, işğalçı ölkəni yeni ampulada demokratik ölkə kimi Trampa təqdim etməyə çalışır ki, Cənubi Qafqazda ABŞ Trampla münasibətləri qursun və s. Bütün bunların əsasında Fransanın regiona imperialist baxışları dayanır, erməni lobbisindən sıx əlaqəsi dayanır, stamafob dünya görüşü dayanır. Bu üç mövqe isə heç bir siyasətçini uğurlu və uzunömürlü siyasətçi edə bilməz.

Makron Paşinyan cütlüyünün nə istəməsindən asılı olmayaraq birləşmiş ştatların yeni prezidenti Donald Trampın Rusiya ilə bağlı mövqeyi tamamilə fərqlidir. Siyasi analitiklərin fikrincə Vaşinqtonun Ermənistan siyasəti Bayden administrasiyasının mövqeyindən uzaq olacaq.

Yevgeni Mixaylov rusiyali ekspert bildirir ki, zənnimcə Makron, Pasinyan və Trampın görüşü heç bir dəyişiklik gətirməyəcək. Eyni zamanda Trampın Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeyinə təsir göstərməyəcək. ABŞ-ın mövqeyi belə olacaq: Sərf edirsə dəstəkləyəcəyik, sərf etmirsə dəstəkləməyəcəyik. Trampın siyasəti əsasən iqtisadi maraqlara hesablanıb. Əgər o, Rusiya ilə yaxınlaşmaq istəyirsə ola bilər ki, Amerika siyasi steplincmenti Ermənistandakı vəziyyəti ağırlaşdırması üçün səylər göstərsin.

Ermənistan Azərbaycan sərhədlərinin delimitasiyasi prosesi dalana dirənməyib. Növbəti görüşə hazırlıq gedir, lakin onun dəqiq tarixi və formatı barədə razılaşma hələki yoxdur. Bu fikirləri isə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

Erməni eksperti isə deyir ki, Nikol Paşinyanın qərb ölkələrinin rəhbərləri ilə müsbət təmasları onun sadəcə yaxşı münasibətlər qurmaq istəyi ilə bağlıdır. Amma Azərbaycan sülh danışıqlarında vasitəçilərə ehtiyac yoxdur.

Ermənistanlı ekspert Natali Aleksanyan isə bildirib ki, əminəm ki, bu nümunələri nəzərə alaraq vasitəçiləri səmərəsiz institununa qayıtmaq istəməyəcək. Məndə inam var ki, vasitəçilərin dövrü Ermənistanda artıq bitib. Bundan sonra danışıqlar yalnız ikitərəfli və birbaşa aparılacaq. Ermənistanda vəziyyət dəyişib. İnsanlar ölkənin düzgün inkisaf yolunu Azərbaycanla ədalətli sülhü görürlər.

Bu şəraitdə baş nazirin geriyə addımı üçün seçim imkanı yoxdu, çünki hər hansı bir geriyə addım Ermənistan dövlətinin mövcudluğu üçün təhlükə yarada bilər. Bu günlərdə Fransanın Ermənistandakı səfiri Katini yenidən Azərbaycanla sərhəd bölgəsinə gəlib.

Ekspertlər deyir ki, Paris bu addımıyla sülhə maraqlı olmadığını növbəti dəfə təsdiqləyir. Hətta İrəvan sülh sazişində səmimi olsa da qərbin prosesi təsirinə xas ola bilmir. Bu isə Ermənistanın müstəqil siyasi iradə altına qoya bilmədiyinə işarədir.

Günel Quliyeva

Oxşar xəbərlər