Fevralın 28-dən martın 2-si saat 20:00-a qədər sərhədi 152 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 127, Rusiyanın 114, Pakistanın 65, Tacikistanın 42, Səudiyyə Ərəbistanının 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.(Report)