Mərasim Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu, "Zeynəbiyyə" məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.
İftar proqramında Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Din İşləri İdarəsinin sədri Safi Arpaquş, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, türkiyəli deputatlar, diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İftar proqramında çıxış edən Ramin Məmmədov Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının tarxidən gələn ənənə olduğunu deyib.
Azərbaycan-Türkiyə qardaşlığının zaman zaman tarixin sınaqlarından üzü ağ çıxdığını deyən Nərminə Mustafayeva isə qeyd edib ki, nəticədə iki ölkə və xalq arasında daha sağlam bağ qurulub.
Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş da çıxış edərək Azərbaycan-Türkiyə birliyinə toxunub, Ramazan ayının İslam aləmi üçün uğurlara vəsilə olmasını diləyib.
Sonda Türkiyə və Azərbaycanın din ictimaiyyəti və digər qonaqlar ailə fotosu çəkdiriblər. (Report)