Səs verənlər arasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var.
Tanınmış mütəxəssis 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib.
Q.Qurbanov daha sonra öz təəssüratlarını bölüşüb: "Bu anı uzun zamandır gözləyirdik. Öz seçimimi etdim. Buraya gəlib səs verən hər kəs çox istəklidir, onların Vətənə sevgisi hiss olunur. Mən də bu ölkənin bir vətəndaşı kimi sevə-sevə öz səsimi verdim". (AZƏRTAC)