24.12.2024, 03:25
AZ EN
25.05.2022, 08:10 395

Son bir həftədə özünüməşğulluq proqramı üzrə 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik biznes yaradılıb

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, son bir həftə ərzində həmin kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında aktivlər verilib. Həmin aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

 

Oxşar xəbərlər